Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında “Seçki hüququnun təminatları və məhdudiyyətləri” mövzusunda seminar-treyninq keçirilib.
Seminarda Mərkəzi Seçki Komissiyasının əməkdaşları iştirak edib.
MSK-nın şöbə müdiri Əli Qədimov “Seçki hüququnun məhdudiyyətləri” mövzusunda çıxış edərək seçkilərdə iştirakın prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması prinsipləri və seçkiqabağı təşviqatın aparılması haqqında danışıb.
Sonra tədbirdə MSK-ın baş məsləhətçisi Elnur Əliyevin “Seçki hüququnun təminatları” mövzusunda çıxışı dinlənilib, seçmək və seçilmək hüququndan istifadə etmənin mexanizmi, seçki hüququnun qanunvericilik aktlarında təsbiti haqqında daha ətraflı və təcrübi biliklər əsasında məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.