Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri
Əkrəm HÜSEYNZADƏ - Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
Xatirə İBRAHİMLİ – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini
1974-cü ildə Nахçıvаn şəhərində аnаdаn оlub.
1998-ci ildə Naxçıvan Dövlət Universitetini Kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini vəzifəsində işləyir.
Arif AĞAYEV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının katibi
1964-cü ildə Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Naxçıvan Dövlət Universtetini filologiya ixtisası üzrə və Moskva Yeni Rusiya Universtetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkildir.
Şamxal MƏMMƏDOV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universtetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Tarix üzrə fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universtetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.
Ceyran QULIYEVA – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1959-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunu ingilis və alman dilləri müəllimliyi ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosendir.
Şəhla Şirəliyeva – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyat ixtisasını bakalavr dərəcəsi üzrə, 2000-ci ildə isə Azərbaycan ədəbiyyatı ixtisasını magistr dərəcəsi üzrə fərqlənmə diplomları ilə bitirib. Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləyir.