“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Ali Məclisin yeddinci çağırışının yaz sessiyasında üç oxunuşda müzakirə olunaraq qəbul edilib.
Qanun layihəsi mayın 6-da birinci, mayın 13-də ikinci, mayın 26-da isə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanıb və Hüquq siyasəti komitəsində müzakirə edilib.
Üçüncü oxunuşdan sonra qanun səsə qoyularaq qəbul edilib.