....Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında tədbir keçirilib.

....Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Çingiz Həsənli, Komissiya üzvləri və aparatın əməkdaşları iştirak ediblər.

....Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub daha sonra muzeylə tanış olublar.

....Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.

....Tədbiri giriş sözü ilə Komissiyanın sədri Çingiz Həsənli açaraq, ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və demokratik dəyərlərin bərqərar olmasında oynadığı mühüm rolu vurğulayıb. O, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkəmizin siyasi sistemi və seçki institutlarının formalaşmasında əhəmiyyətli yer tutduğunu qeyd edərək, bu strateji xəttin bu gün də uğurla davam etdirildiyini bildirib.

....Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.