Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Əjdər Əliyevin sədrliyi ilə 2024-cü il iyulun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK-nın 1 iyul 2024-cü il tarixli iclas protokou təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə Ağ Partiyasının MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.