2025-ci il oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclas Komissiyanın sədri Çingiz Həsənlinin sədrliyi ilə baş tutub.
İclasda əvvəlcə 16 noyabr 2024-cü il tarixli iclasın protokolu təsdiq edilib. Daha sonra “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş müvafiq dəyişikliklər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının strukturu və ştat vahidləri təsdiq edilib.