Çingiz Həsənlinin sədrliyi ilə 2025-ci il dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə Komissiyanın 23 oktyabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Daha sonra Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abbasov Əli Feyzulla oğlunun mandatından məhrum edilməsi məsələsinə baxılmışdır.

Bildirilmişdir ki, Ali Məclisin İntizam komissiyası tərəfindən aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, deputat Abbasov Əli Feyzulla oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən Ali Məclis qeyd olunan məsələni qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası tərəfindən rəy və ona əlavə olunmuş sənədlər araşdırılmış və deputatın mandatdan məhrum edilməsi üçün hüquqi əsasların olduğu müəyyən edilərək Abbasov Əli Feyzulla oğlunun mandatından məhrum edilməsi barədə qərar qəbul etmişdir.