....Noyabrın 27-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edən Naxçıvan Muxtar  Respublikası Mərkəzi Seçki Komissiyasının  növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzi Seçki Komissiyasının əməkdaşları iştirak edib. 

....Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş  şəhidlərimizin xatirəsi yad olunub.

....Tədbiri giriş sözü ilə açan MSK sədri Əjdər Əliyev  dahi şəxsiyyətin müstəqil dövlətimizin qurulmasında və inkişafında müstəsna xidmətlərini, onun zəngin siyasi irsini, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətini qeyd edərək bildirib ki, müstəqillik dövründə ilk dəfə Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkilərinin keçirilməsi məqsədilə 24 dekabr 1991-ci il tarixdə ümummilli lider Heydər Əliyevin imzası ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət heyətinin qərarı əsasında yaradılmışdır.

....Vurğulanıb ki, ötən əsrin doxsanıncı illərində Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının deputatı kimi fəaliyyət göstərən görkəmli dövlət xadimi Naxçıvan parlamentində təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşməsi prosesinə təkan verən qərarların qəbul edilməsinə nail oldu. Sonrakı mərhələdə Ümummilli Lider Naxçıvandan başladığı xilaskarlıq missiyasını Bakıda, bütün ölkə miqyasında davam etdirdi. 

....Sonra MSK əməkdaşı Səadət Əsgərovanın MSK-nın yaranma tarixi və fəaliyyət ilə bağlı məruzəsi dinlənilib.