Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri

 

 Əjdər ƏLİYEV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri

 11 sentyabr 1988-ci ildə Culfa rayonunun Qızılca kəndində anadan olmuşdur.

 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.

 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

 2012-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsində məsləhətçi,  2014-2016-cı illərdə Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin müdiri və 2016-2020-ci illərdə isə  Aparat rəhbəri vəzifələrində işləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 03 noyabr 2020-ci il tarixli, 10-VI QR saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 03 noyabr 2020-ci il tarixli, SQ-08/2020-9 saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə seçilmişdir.

2017-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nəşri olan “Bülleten”in məsul katibi olmuşdur.

“Naxçıvanın məhkəmə tarixi” adlı kitabın müəlliflərindəndir.

Evlidir. İki övladı var.

 

 

 Xatirə İBRAHİMLİ  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini

1974-cü ildə Nахçıvаn şəhərində аnаdаn оlub.

1998-ci ildə Naxçıvan Dövlət Universitetini Kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini vəzifəsində işləyir.

 

 

 

 

 

Əkrəm HÜSEYNZADƏ – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor vəzifəsində işləyir.

 

 

 

 

 

Şamxal MƏMMƏDOV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 

1984-cü ildə  Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universtetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Tarix üzrə fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universtetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.

 

 

 

 

 

 Arif AĞAYEV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 

1964-cü ildə  Ordubad rayonunun Çənnəb kəndində  anadan olub. Naxçıvan Dövlət Universtetini filologiya ixtisası üzrə və Moskva Yeni Rusiya Universtetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkildir.

 

 

 

 

 

Ceyran QULIYEVA – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 

1959-cu ildə Naxçıvan şəhərində anadan olub.  Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunu ingilis və alman dilləri müəllimliyi ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosendir.  

 

 

 

 

 

Şəhla Şirəliyeva –  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 

1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyat ixtisasını bakalavr dərəcəsi üzrə, 2000-ci ildə isə Azərbaycan ədəbiyyatı ixtisasını magistr dərəcəsi üzrə fərqlənmə diplomları ilə bitirib. Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləyir.