Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında  Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə seminar keçirilib. MSK əməkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev çıxış edərək, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq, ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladığını bildirib.

    Daha sonra Əjdər Əliyev Naxçıvanın tarixən keçdiyi çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açaraq 1918-1924-cü illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verib.

    MSK sədri Azərbaycan Xalqının Ulu Öndəri  Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, Naxçıvanda işlədiyi dövrdə onun təşəbbüsü ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında və  çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd edib.

     Muxtariyyət statusunun verilmə səbəblərindən və onun  tarixi önəmindən söz açan MSK-nın şöbə müdiri Əli Qədimov bildirdi ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var.