Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri
Əjdər ƏLİYEV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
11 sentyabr 1988-ci ildə Culfa rayonunun Qızılca kəndində anadan olmuşdur.
2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
2011-2012-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
2012-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsində məsləhətçi, 2014-2016-cı illərdə Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin müdiri və 2016-2020-ci illərdə isə Aparat rəhbəri vəzifələrində işləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 03 noyabr 2020-ci il tarixli, 10-VI QR saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 03 noyabr 2020-ci il tarixli, SQ-08/2020-9 saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə seçilmişdir.
2017-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nəşri olan “Bülleten”in məsul katibi olmuşdur.
“Naxçıvanın məhkəmə tarixi” adlı kitabın müəlliflərindəndir.
Evlidir. İki övladı var.
Xatirə İBRAHİMLİ – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini
1974-cü ildə Nахçıvаn şəhərində аnаdаn оlub.
1998-ci ildə Naxçıvan Dövlət Universitetini Kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bitirmişdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini vəzifəsində işləyir.
Əkrəm HÜSEYNZADƏ – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının katibi
1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor vəzifəsində işləyir.
Şamxal MƏMMƏDOV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universtetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Tarix üzrə fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universtetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.
Arif AĞAYEV – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1964-cü ildə Ordubad rayonunun Çənnəb kəndində anadan olub. Naxçıvan Dövlət Universtetini filologiya ixtisası üzrə və Moskva Yeni Rusiya Universtetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkildir.
Ceyran QULIYEVA – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1959-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunu ingilis və alman dilləri müəllimliyi ixtisası üzrə bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosendir.
Şəhla Şirəliyeva – Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Naxçıvan Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyat ixtisasını bakalavr dərəcəsi üzrə, 2000-ci ildə isə Azərbaycan ədəbiyyatı ixtisasını magistr dərəcəsi üzrə fərqlənmə diplomları ilə bitirib. Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləyir.